İndoneziyanın Qərbi Sumatra bölgəsində yerləşən Marapi vulkanı yenidən püskürüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, püskürmələr səbəbindən əraziyə giriş qadağan edilib.
Səlahiyyətlilər bildiriblər ki, 3 dekabr 2023-cü il tarixində baş vermiş ilk püskürmə zamanı Marapi dağında 450-dən çox partlayış qeydə alınıb. Təhlükəsizlik məqsədilə, püskürmə mərkəzindən 3 kilometr radiusda hər hansı fəaliyyətin həyata keçirilməsi və əraziyə giriş qadağan edilib.
Hökumət və yerli səlahiyyətlilər əhalini ehtiyatlı olmağa çağırıb və bölgəyə aid təhlükəsizlik tədbirlərini gücləndiriblər. Kül buludlarının atmosferə yayılmasından sonra hava şəraitində dəyişikliklərin yaşanması ehtimalı var.
Hazırda vəziyyətin nəzarət altında olduğu, lakin əhali üçün təhlükəsizliyin təmin olunması məqsədilə bölgəyə daxil olmaq qadağası davam edir.