"Qəzza ilə bağlı yaxşı xəbərlərimiz var" - Tramp

11:17 - 17 İyul 2025

\"Qəzza ilə bağlı yaxşı xəbərlərimiz var\" - Tramp

ABŞ Prezidenti Donald Tramp, Qətərin Baş Naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşdən əvvəl Qəzza ilə bağlı yaxşı xəbərlər paylaşıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, Ağ Evdə keçirilən imza mərasimində, atəşkəsə dair danışıqların davam etdiyini qeyd edib.

Tramp üzərində işlədikləri "yüksək səviyyəli məsələlər" haqqında müsbət irəliləyişlər olduğunu bildirib.

Tramp, İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtlərini qəbul etdiyini və Qətər ilə Misirin vasitəçiliyi ilə Həmas-a təqdim edildiyini açıqlayıb. Həmas, atəşkəs və məhbus mübadiləsi təklifini müsbət cavablandırdığını və danışıqlara hazır olduğunu bildirib.

Dohada davam edən danışıqlarda bəzi fikir ayrılıqları olsa da, İsrailin Rəfah şəhəri və Qəzza zolağının cənubundakı Moraq dəhlizinin işğalını davam etdirməkdə israrlı olması məsələsi hələ də həll edilməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az