2010-cu il Vankuver Qış Olimpiya Oyunlarının bürünc mükafatçısı, 49 yaşlı norveçli xizəkçi Audun Qroenvold ildırımın vurması nəticəsində ölüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Norveç Kayak Federasiyası hadisəni təsdiqləyib.
Federasiyanın məlumatına görə, Qroenvold yaxınlarda dağ daxmasında olduğu zaman ildırım vurub və xəstəxanaya çatdırılsa da, vəfat edib.
Qroenvold 1999-cu ildən idman karyerasına başlayıb, 2005-ci ildə Dünya Çempionatında bürünc medal qazanıb, 2010-cu ildə Vankuver Olimpiadasında isə bürünc medal əldə edib. İdmançı karyerasını bitirdikdən sonra məşqçi və şərhçi kimi fəaliyyət göstərib.
Federasiya prezidenti Tove Moe Dyrhaug, "O, Norveç xizək icması üçün böyük bir fiqur idi və onun itkisi böyük boşluq yaradacaq", - deyə bildirib.