Bu ölkədə 17 milyon insan tək yaşayır

12:20 - 17 İyul 2025

Bu ölkədə 17 milyon insan tək yaşayır

Almaniyada hər beş nəfərdən biri tək yaşayır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.

Statistikaya görə, Almaniyada 17 milyon insan tək yaşayır ki, bu da ölkə əhalisinin 20,6 faizini təşkil edir.

Tək yaşayanların sayında xüsusilə yaşlı əhali arasında artım müşahidə olunur. 65 yaşdan yuxarı olanlar arasında tək yaşayanların nisbəti 34 faiz, 85 yaşdan yuxarı olanlar arasında isə bu rəqəm 56 faizə yüksəlib.

Genç yaş qruplarında da tək yaşayanların sayı diqqət çəkir. Məsələn, 25-34 yaş arasında olanların 28 faizi tək yaşayır.

Qeyd edək ki, Almaniyada tək yaşayanların nisbəti, Avropa İttifaqı (Aİ) ölkələrinin orta göstəricisini (16,2 faiz) üstələyir. Yalnız bir neçə Aİ ölkəsi Almaniyanın bu göstəricisini keçib. Litvada bu göstərici 27 faiz, Finlandiyada 25,8 faiz, Danimarkada 24,1 faiz, Estoniyada 22,3 faiz və İsveçdə isə 22,2 faiz təşkil edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az