Kremlin sözçüsü Dmitri Peskov, Rusiyanın əsir əsgərlərinin dəyişdirilməsi prosesinin Ukrayna ilə danışıqların üçüncü raunduna qədər tamamlanmasının vacib olduğunu bildirib.
Manset.az xəbər verir ki, o, Moskvada jurnalistlərə açıqlamasında, Ukraynadan yeni danışıqlar tarixi ilə bağlı təklifləri gözlədiklərini qeyd edib.
Peskov, Rusiya nümayəndə heyətinin Kiyev rejimi ilə birbaşa danışıqlarını davam etdirdiyini və əsir-əsgər mübadiləsinin davam etdiyini vurğulayıb. “Üçüncü turda əvvəlki memorandum layihələrini müzakirə edəcəyik”, – deyə o əlavə edib.