İsrail və HƏMAS arasında atəşkəs və məhbus mübadiləsi üzrə danışıqlar davam edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, vasitəçilər, o cümlədən ABŞ və Qətər, fələstinli məhbusların azad edilməsi ilə bağlı təklif irəli sürüb. Lakin, təklif hələ müzakirə mərhələsindədir. İsrailin yeni təklifinə görə, Qəzza zolağının cənubunda müəyyən ərazilərdən çəkilmək və bufer zonasını daraltmaq planlaşdırılır.
HƏMAS təklifə müsbət cavab verib və atəşkəs üçün danışıqlara hazır olduğunu bildirib. Lakin, İsrailin Qəzza zolağındaki işğalını saxlamaq niyyətində olması və yeni "konsentrasiya düşərgəsi" qurma planı razılaşmanın çətinləşdiyini göstərir. Tərəflər arasında hələ ciddi fikir ayrılıqları mövcuddur