Rusiya Dumasının bəzi deputatları, "WhatsApp" mesajlaşma proqramının milli təhlükəsizliyə təhdid olduğunu bildirərək, onun qadağan edilməsini təklif ediblər.
Manset.az xəbər verir ki, Dumanın İnformasiya Siyasəti Komitəsinin müavini Anton Gorelkin, "WhatsApp"ın "ekstremist təşkilat" olduğunu və Meta şirkətinin ona məxsus olduğunu bildirib. O, "WhatsApp"ın Rusiyadan çıxmaq üzrə olduğunu vurğulayıb.
Həmçinin, deputat Anton Nemkin, "WhatsApp"ın Rusiyada "taleyinin" həll olunduğunu və bu tətbiqin milli təhlükəsizliyi təhdid etdiyini qeyd edib.
Qeyd edək ki, "WhatsApp"ın sahibi Meta, 2022-ci ildən Rusiya tərəfindən “ekstremist təşkilat” kimi tanınıb və platformalara giriş bloklanıb