Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Manset.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Söhbət zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Suriya təhlükəsizlik qüvvələrinin Suveydadan çıxarılmasının ardınca baş verən qarşıdurmaların bütün bölgə üçün təhlükə yaratdığını bildirib.
O həmçinin Rusiya ilə Ukrayna arasında üçüncü raund danışıqların başlamasının vacib olduğunu və tərəflər üçün uyğun tarixlər müəyyən edildikdə Türkiyənin İstanbulda danışıqlara ev sahibliyi etməyə davam edəcəyini vurğulayıb.