İsrail ordusu və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) birgə əməliyyat nəticəsində HƏMAS-ın "Daraj Tuffah" batalyonunun komandiri Məhəmməd Acini məhv edib.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, o, 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna hücumda iştirak edib və müharibə zamanı İsrail qüvvələrinə qarşı çoxsaylı terror aktları həyata keçirib.
Ordu sözçüsü vurğulayıb ki, komandirin zərərsizləşdirilməsi batalyonun fəaliyyətinə ciddi zərbə vurur və onun ərazidə fəaliyyət göstərən əsgərlərə qarşı hücumlar təşkil etmək qabiliyyətini zəiflədir.