ABŞ prezidenti Donald Tramp Kəşmirdə Hindistan və Pakistan arasında baş verən qarşıdurmada 5 təyyarənin vurulduğunu bildirib.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, Tramp Ağ Evdəki çıxışında ABŞ-ın bir çox müharibələri dayandırdığını iddia edib.
"Bu ölkələr çox ciddi idi. Hindistan və Pakistan qarşıdurma içərisində idi. Orada məncə, beş təyyarə vuruldu. Onlar iki ciddi nüvə gücüdür və bir-birlərini atəşə tuturdular", - amerikalı lider qeyd edib.
Xatırladaq ki, iki tərəf arasında toqquşmalar mayın 6-da başlayıb. Daha sonra mayın 10-da ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan edilib.