Dağıstanda yol qəzasında 18 uşaq yaralandı

23:33 - 19 İyul 2025

Dağıstanda yol qəzasında 18 uşaq yaralandı

Dağıstanın Qunibski rayonunda yol qəzası nəticəsində 18-i uşaq olmaqla 21 nəfər xəsarət alıb.


Manset.az Report.az-a istinadən xəbər verir ki, biri uşaq olmaqla 3 nəfər ağır yaralanıb. Xəsarət alanların hamısına tibbi yardım göstərilir, onlar Günib Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralıların tibbi helikopterlə Mahaçqaladakı xəstəxanalara çatdırılması təşkil edilir. Onların müalicəsi Dağıstanın səhiyyə naziri Yaroslav Qlazovun nəzarətindədir. Qəza ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az