Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitindən əvvəl və ya onun davam etdiyi zaman görüşə bilərlər.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) məlumat yayıb.
"Tramp oktyabrın 30-dan noyabrın 1-dək APEC sammitində iştirak etməzdən əvvəl Çinə səfər edə bilər və ya tədbirin özündə Çin lideri ilə görüşə bilər", - nəşr yazır.
Müşahidəçilər hesab edirlər ki, APEC sammiti iki ölkə liderləri arasında görüş üçün ən çox ehtimal olunan məkan olacaq.
Qeyd edək ki, APEC sammiti 31 oktyabr - 1 noyabr 2025-ci il tarixlərində Cənubi Koreyanın Kyoncu şəhərində keçiriləcək.