ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris və ölkənin keçmiş prezidentinin həyat yoldaşı Cil Bayden keçmiş dövlət başçısı Co Baydenin koqnitiv sağlamlığı ilə bağlı aparılan təhqiqat çərçivəsində ifadə vermək üçün Konqresə çağırılmalıdırlar.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bunu "Fox News" telekanalında konqresmen Bayron Donald deyib.
O, Baydenin prezidentliyi dövründə avtoimzadan istifadə edərək verilən bütün əfv sərəncamlarının qanunsuz olduğunu vurğulayıb.
Bundan əvvəl Bayden əfv sərəncamlarını imzalamaq üçün avtomatlaşdırılmış cihazdan istifadə etdiyini rəsmən etiraf edib. ABŞ-ın keçmiş prezidenti hər bir belə qərarın yalnız onun tərəfindən verildiyini vurğulayıb.
Bundan əlavə, ölkənin keçmiş rəhbəri qeyd edib ki, o, Tramp administrasiyası tərəfindən mümkün təqiblərdən ehtiyat edərək, təhlükəsizlik məqsədilə öz ailə üzvlərini əfv edib. Bu, ona vəkillər üçün əhəmiyyətli xərclərdən yayınmağa imkan verib.