"Qalatasaray" türk futbol tarixinin ən bahalı transferini etdi 

08:43 - 21 İyul 2025

\"Qalatasaray\" türk futbol tarixinin ən bahalı transferini etdi 

"Qalatasaray" klubu nigeriyalı hücumçu Viktor Osimhenin transferini razılaşdırıb.


Manset.az xəbər verir ki, bu barədə tanınmış transfer eksperti Fabritsio Romano məlumat yayıb.

İtaliya təmsilçisi "Napoli" ilə aparılan danışıqların müsbət nəticələndiyi bildirilir.

Müqaviləyə əsasən, "Qalatasaray" 25 yaşlı hücumçu üçün Neapol klubuna 40 milyon avro birdəfəlik ödəniş edəcək. Qalan 35 milyon avro isə 2026-cı ilədək hissə-hissə ödənəcək.

Sazişdə həmçinin 5 milyon avro məbləğində performansa bağlı bonus və gələcək satışdan 10 faiz payın “Napoli”yə verilməsi şərti yer alıb. Müqavilənin digər şərtinə görə, futbolçu növbəti iki il ərzində İtaliya klublarına transfer oluna bilməz.

Məlumata görə, Viktor Osimhen "Qalatasaray"a keçməmişdən əvvəl Səudiyyə Ərəbistanının "Əl-Hilal", İtaliyanın "Yuventus"İngiltərənin "Mançester Yunayted" klublarından da rəsmi təkliflər alıb. Lakin futbolçu bu təklifləri geri çevirərək “Qalatasaray”ı seçib.

Hazırda onun komandanın təlim-məşq toplanışına qoşulması gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az