Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyaya, o cümlədən Moskvaya hücumları səbəbindən 100-dən çox uçuş ləğv edilib.
Manset.az xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) 19-21 iyul tarixlərində bir çox hava limanının fəaliyyətinə məhdudiyyət qoyulması və çox sayda reysin təxirə salınması barədə məlumat yayıb.
20-21 iyulda Moskvada 118 reys təxirə salınıb, 203 reys isə gecikdirilib.
Rusiya Müdafiə Nazirliyi, hava hücumundan müdafiə sistemləri tərəfindən 100-dən çox Ukrayna PUA-nın vurulduğunu və bunlardan 28-nin Moskva vilayətində zərərsizləşdirildiyini bildirib.