Təyyarə ağıllı saat sayəsində tapıldı

11:56 - 22 İyul 2025

Təyyarə ağıllı saat sayəsində tapıldı

ABŞ-nin Montana ştatında kiçik təyyarə qəzaya uğrayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib. Qəza nəticəsində təyyarənin qalıqları, qurbanlardan birinin ağıllı saatından alınan məlumatla tapılıb.

Gallatin şerifi ofisinin məlumatına görə, həlak olanlar 60 yaşlı Rodni Konover, 23 yaşlı Madison Konover və 55 yaşlı Kurt Enok Robidir. Təyyarə West Yellowstone hava limanından qalxıb, amma qısa müddət sonra qəza baş verib.

Qəzanın səbəbi hələ məlum deyil. Gallatin şerifi həlak olanların ailələrinə başsağlığı verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az