İlber Ortaylının olduğu avtomobil qəzaya uğradı

14:37 - 22 İyul 2025

İlber Ortaylının olduğu avtomobil qəzaya uğradı

Türkiyənin Balıkəsir bölgəsində məşhur tarixçi Prof. Dr. İlber Ortaylını daşıyan avtomobil yol qəzasına düşüb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində heç bir ölüm və xəsarət qeydə alınmasa da, Ortaylının sürücüsü ilə digər sürücü arasında mübahisə yaranıb. Tarixçi Ortaylı vəziyyəti sakitləşdirmək məqsədilə avtomobilindən düşərək müdaxilə edib.

Qəza dünən, Balıkəsirin Burhaniye rayonunda günorta saatlarında baş verib. Məlumata görə, Prof. Dr. İlber Ortaylının olduğu avtomobil başqa bir avtomobillə toqquşub. 

Qəza nəticəsində hər hansı bir ciddi xəsarət və ya ölüm qeydə alınmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az