Kremlin sözçüsü Dmitri Peskov, Ukrayna ilə əsir və cəsəd mübadiləsinin uğurlu olduğunu qeyd edib və danışıqlardan möcüzə gözləməyin mənasız olduğunu vurğulayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, Ukrayna böhranının çox çətin həll olunduğunu, hazırda yalnız Rusiyanın maraqlarını təmin etməyə çalışdıqlarını bildirib.
Peskov, Putin ilə Zelenski arasında görüşün hələ də mümkün olmadığını deyib.
Peskov yüksək səviyyəli danışıqların bu həftə keçirilə biləcəyini və müzakirələrin mürəkkəb olduğunu söyləyib.
ABŞ-nin Böyük Britaniyaya nüvə silahı yerləşdirməsi ilə bağlı gərginliyi artıran addımları izlədiklərini və lazımi tədbirləri gördüklərini qeyd edib.