Banqladeşin paytaxtı Dəkkədə hərbi təyyarənin universitet şəhərciyinə düşməsi nəticəsində ölənlərin sayı 31-ə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə, Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus F-7 tipli təlim təyyarəsinin qəzaya uğraması ilə baş verib.
Səlahiyyətlilər bildiriblər ki, ölənlərdən 25-i tələbədir. Əlavə olaraq, 78 nəfər yaralanıb və onların müalicəsi davam edir.
Banqladeş Hərbi Hava Qüvvələri verdiyi açıqlamada, təlim təyyarəsinin dünən yerli vaxtla saat 13:06-da AK Khandker Hava Bazasından havaya qalxdıqdan sonra texniki nasazlıq səbəbindən qəza törətdiyini bildirib.