Bir evdə 3 cəsəd tapıldı

15:59 - 22 İyul 2025

Bir evdə 3 cəsəd tapıldı

Almaniyanın Bavariya əyalətində dəhşətli cinayət hadisəsi baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Bavariyanın Zwiesel qəsəbəsində yerləşən yaşayış binasında 3 nəfərin cəsədi tapılıb.

Hadisənin təfərrüatlarına görə, Avstriyanın Linz şəhərində yaşayan 37 yaşlı bir kişi, Almaniyadakı cinayət barədə polisə məlumat verib. O, üç nəfəri öldürdüyünü bildirib.

Polisin verdiyi məlumata əsasən, Avstriya və Almaniya hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində, şübhəli şəxsin dediyi ünvanda aparılan axtarış zamanı 3 cəsəd tapılıb. Şübhəli şəxs həmin vaxt Avstriyada saxlanılaraq nəzarətə götürülüb. Onun Almaniyaya ekstradisiyası gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az