İran, Rusiya və Çin Tehranda nüvə məsələsini müzakirə etdi

09:23 - 23 İyul 2025

İran, Rusiya və Çin Tehranda nüvə məsələsini müzakirə etdi

Rusiyanın və Çinin yüksək səviyyəli diplomatları Tehranda üçtərəfli görüş keçirərək, ABŞ və Avropa İttifaqı ilə İran arasında nüvə danışıqları və İrana qarşı tətbiq olunan sanksiyalar məsələsini müzakirə ediblər.


Manset.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb. 

Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, görüş baş direktor səviyyəsində olub. Tərəflər, bu cür görüşlərin növbəti həftələrdə də müxtəlif səviyyələrdə davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, İran, Rusiya və Çin, son dövrlərdə nüvə məsələlərində birgə mövqedə dayanmağa və qarşılıqlı əməkdaşlıq imkanlarını gücləndirməyə çalışırlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az