Yanğın səbəbindən kənd boşaldıldı

10:28 - 23 İyul 2025

Yanğın səbəbindən kənd boşaldıldı

Yunanıstanın Peloponnes yarımadasında baş verən meşə yanğını səbəbindən Kastaniya kəndi boşaldılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğın Feneo və Korintias meşə sahələrində başlayıb və sürətlə yayılaraq kəndə yaxınlaşıb. Mülki Müdafiə Baş Katibliyi kəndin boşaldılması qərarını verib.

Korinthos Region Qubernatorunun müavini Anastasios Gölis, yanğının çətin əlçatmaz ərazidə baş verməsi səbəbindən yanğınsöndürənlərin müdaxilə etməkdə çətinlik çəkdiklərini bildirib. Yanğın hələ də nəzarət altına alınmayıb.

Bundan əlavə, Yunanıstanda yüksək temperatur və yanğın riski davam edir. Mülki Müdafiə, insanları açıq ərazilərdə yanğına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az