Microsoft, Çin kiberhücumlarına məruz qaldığını iddia edir

11:59 - 23 İyul 2025

Microsoft, Çin kiberhücumlarına məruz qaldığını iddia edir

Microsoft, Çin tərəfindən dəstəkləndiyini iddia etdiyi kiberhücum qruplarının SharePoint proqramındakı zəifliklərdən istifadə edərək şirkətlərin məlumatlarını hədəf aldığını açıqlayıb. "Linen Typhoon" və "Violet Typhoon" qrupları, əsasən yerli SharePoint serverlərində zəifliklərdən faydalanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Microsoft, təhlükəsizlik yeniləmələri buraxaraq istifadəçiləri yeniləmələri quraşdırmağa çağırıb.

GoogleCloud-un Mandiant bölməsinin baş texnologiya direktoru Çarlz Carmakal, hücumların əsas hədəfinin SharePoint istifadə edən hökumətlər və böyük şirkətlər olduğunu bildirib. O, hücum üsullarının keçmiş Çin kampaniyalarına bənzədiyini vurğulayıb.

Microsoft, "Linen Typhoon" qrupunun son 13 ildə hökumət və strateji qurumların əqli mülkiyyətini oğurladığını açıqlayıb. "Violet Typhoon" isə qeyri-hökumət təşkilatları və digər sektorlarda casusluq fəaliyyətləri aparıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az