Osimhen "Qalatasaray"ın məşqlərinə qatılacaq - Tarix açıqlandı

11:51 - 23 İyul 2025

Osimhen \"Qalatasaray\"ın məşqlərinə qatılacaq - Tarix açıqlandı

Türkiyənin Super Liqa nəhəngi "Qalatasaray"ın yeni transferi Viktor Osimhenin, hazırda Avstriyada təlim-məşq toplanışında iştirak etməsi gözlənilmir.


Manset.az türk mediasına istinadən xəbər verir ki, futbolçunun lazımi sənədlər tamamlandıqdan sonra komandaya qoşulacağı bildirilir.

Osimhenin bu həftə sonu İstanbulda olması və tibbi müayinədən sonra sarı-qırmızılılara qatılacağı gözlənilir.

"Qalatasaray"ın "Napoli" ilə apardığı transfer danışıqları nəticəsində, Viktor Osimhenin "Qalatasaray"la müqavilə bağlaması barədə müsbət nəticə əldə olunub. İki klub arasında sənədlərin imzalanması gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az