Sülh danışıqları İstanbulda keçiriləcək - Adlar açıqlandı

13:23 - 23 İyul 2025

Sülh danışıqları İstanbulda keçiriləcək - Adlar açıqlandı

Rusiya və Ukrayna arasında müharibənin bitirilməsi üçün növbəti danışıqlar İstanbuldakı Çırağan sarayında keçiriləcək.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya nümayəndə heyətinə prezident Putin tərəfindən təyin olunan Vladimir Medinski başçılıq edəcək. Heyət üzvləri arasında xarici işlər nazirinin müavini, müdafiə nazirinin müavini və digər ekspertlər yer alır.

Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi Rustem Umerov başçılıq edəcək. Umerov, əvvəlcə Ukraynanın müdafiə naziri olub və keçən həftə yeni vəzifəyə təyin edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az