Türkiyənin Malatya şəhərində 3,6 bal gücündə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələ 10,19 kilometr dərinlikdə meydana gəlib.
Hazırda hadisə ilə bağlı hər hansı bir itki və ya zərər barədə əlavə məlumat verilməyib.