Almaniyanın Ştutqart Təbiət Tarixi Muzeyindən paleontoloqlar və beynəlxalq araşdırma qrupu Fransada 247 milyon il əvvələ aid Mirasaura grauvogeli adlı sürünən fosili tapıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, fosilin kürəyindəki lələk kimi quruluşlar, təkamül biologiyasında yeni müzakirələrə səbəb olub.
Mikroskopik analiz, fosilin lələklərinin yalnız quşlar və bəzi tüklü dinozavrlarda tapılan strukturlara oxşar olduğunu göstərib. Bu tapıntı, lələklərin müstəqil şəkildə fərqli sürünənlərdə təkamül etdiyini göstərir.
Fosilin rəngli və piqment daşıyan "melanosomalar" ehtiva etdiyi, bunun da həyat yoldaşı seçimi və yırtıcılardan qorunma kimi məqsədlər üçün istifadə olunduğunu göstərir. Bu kiçik sürünənlərin ağaclarda yaşadığı və kamuflyaj uyğunlaşması inkişaf etdirdiyi düşünülür. Bu tapıntı, təkamülün daha mürəkkəb olduğunu göstərir.