ABŞ Maliyyə Nazirliyi, Şimali Koreyanın beynəlxalq sanksiyaları pozaraq qeyri-qanuni gəlir əldə etməyə çalışan Şimali Koreya şirkəti və üç vətəndaşını sanksiya siyahısına əlavə edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sanksiya tətbiq edilən Koreya Sobaeksu Ticarət Şirkəti, Şimali Koreya adından gəlir əldə etmək üçün müxtəlif ölkələrə İT işçiləri göndərib və Pxenyanın nüvə proqramını dəstəkləyib.
Həmçinin, şirkətlə əlaqəli olan Kim Se Un, Co Kyong Hun və Myong Chol Min adlı şəxslərin aktivləri dondurulub və ticarət məhdudiyyətləri tətbiq olunub.
OFAC direktoru, Kim Çen In rejiminə qarşı mübarizənin davam edəcəyini bildirib.