Tayland və Kamboca arasındakı mübahisəli sərhəd bölgəsində baş verən qarşıdurmada Tayland tərəfdən 12 nəfər ölüb, 14 nəfər yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tayland, Kambocanı mülki ərazilərə hücum etməkdə ittiham edib və sərhəd boyunca 30-40 min insanın təhlükəsiz ərazilərə köçürüldüyünü açıqlayıb.
Kamboca isə Taylandın Preah Vihear məbədinə gedən yolu bombaladığını və özünümüdafiə məqsədilə cavab verdiklərini bildirir. Təhlükəsizlik vəziyyətinin gərginləşməsi ilə əlaqədar, Taylandda 582 məktəb bağlanıb və bəziləri sığınacaq olaraq istifadə edilir. Kamboca, BMT Təhlükəsizlik Şurasından Taylandın təcavüzünü dayandırmaq üçün təcili iclas çağırılmasını tələb edib.