ABŞ Fransanın Fələstin dövlətinin tanınması ilə bağlı ehtiyatsız qərarını qəbul etmir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
İyulun 24-də Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fransanın Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.
Rubio sosial şəbəkədə yazıb: "ABŞ Emmanuel Makronun planını qətiyyətlə rədd edir. Bu ehtiyatsız qərar yalnız HƏMAS-ın təbliğatına xidmət edir və sülhü geri qaytarır. Bu, 7 oktyabr qurbanlarının üzünə vurulan sillədir".