İtaliyanın cənubunda yerləşən Çiro Marino kurortunun yaxınlığında baş verən meşə yanğını səbəbindən 180 nəfər təxliyə olunub.
Manset.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Çiro Marino ətrafında yerləşən meşə sahəsində güclü yanğın başlayıb. Küləyin təsiri ilə sürətlə yayılan yanğın səbəbindən kurortda olan 180 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.
Yanğınsöndürənlər yanğını söndürmək üçün intensiv şəkildə çalışsalar da, ətrafdakı bəzi magistrallar nəqliyyat üçün bağlanıb, bir neçə qatarın hərəkəti müvəqqəti olaraq dayandırılıb.