ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin şirkəti ByteDance, TikTok-un ABŞ əməliyyatlarını satmağa razı olmazsa, tətbiq ABŞ-də qadağan oluna bilər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp administrasiyası, TikTok-un alqoritminə nəzarət tələb edir və ABŞ tərəfi proqramın ən azı 50%-nin alımını istəyir.
Satış prosesi hələ başa çatmayıb və iyun ayında üçüncü uzatma verilmişdi. Əgər satış gerçəkləşməzsə, Tramp administrasiyası TikTok-u qadağan edə bilər. ByteDance və Çin hələ qərar verməyib, TikTok-un gələcəyi qeyri-müəyyən olaraq qalır.