"Makronun Fələstin dövlətini tanımasını qınayırıq" - Netenyahu

14:59 - 25 İyul 2025

\"Makronun Fələstin dövlətini tanımasını qınayırıq\" - Netenyahu

İsrailin baş naziri Benyamin Netanyahu, Fransa prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanıması qərarına sərt reaksiya verib.


Manset.az xəbər verir ki, Netanyahu sosial mediada etdiyi açıqlamada, Fransa prezidentinin bu qərarını "İranın başqa bir vəkil dövlət yaratma riskini daşıyan addım" kimi qiymətləndirib.

Netanyahu, Makronun Fələstin dövlətini Təl-Əvivin yanında tanımasını "şiddətlə qınadıqlarını" bildirərək, bu qərarın regionda sülhə xidmət etməyəcəyini vurğulayıb.

Onun sözlərinə görə, Fələstin dövləti İsraillə yanaşı dinc yaşamağa yönəlmiş deyil, əksinə, İsrailin məhv edilməsi məqsədini güdür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az