Vyetnamın Ha Tinh əyalətində avtobus qəzaya uğrayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 2-si uşaq olmaqla 9 nəfər həyatını itirib, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, avtobus yoldan çıxaraq qəza törədib. Səlahiyyətlilər yaralıların dərhal xəstəxanaya aparıldığını və qəzanın səbəblərinin araşdırıldığını açıqlayıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.