Rusiyanın paytaxtı Moskvada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus olan və neft məhsullarının daşınmasını həyata keçirən "Railgo" şirkətinin ofisində axtarışların aparılması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə iş adamı öz videomüraciətində bildirib.
O qeyd edib ki, şirkətin ofisində heç bir axtarış aparılmayıb.
Xəlilovun sözlərinə görə, "Railgo" öz fəaliyyətini adi iş rejimində davam etdirir.