Türkiyənin Əskişəhər, Antalya, Adana və Dənizli şəhərlərindəki meşə yanğınları nəzarət altına alınıb, Karabükdə isə davam edir.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı açıqlayıb.
Nazir bildirib ki, bugünədək 37-si meşə, 36-sı kənd yerlərində olmaqla ümumilikdə 73 yanğınla mübarizə aparılıb:
“Şəhidlər verdiyimiz Əskişəhərin Seyitqazi bölgəsindəki meşə yanğınını da nəzarət altına aldıq”.
Xatırladaq ki, Əskişəhərdəki yanğında 10 nəfər meşə işçisi alovun söndürülməsi istiqamətində aparılan əməliyyatlar zamanı həlak olmuşdu.