Rusiyada "WhatsApp" və VPN BLOKLANIR – Tarix AÇIQLANDI

01:00 - 28 İyul 2025

Rusiyada \"WhatsApp\" və VPN BLOKLANIR – Tarix AÇIQLANDI

Avqustun 1-dən etibarən Rusiyada "WhatsApp" messenceri və VPN xidmətləri bloklanacaq.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Kremlin jurnalisti Anastasiya Kaşevarova şəxsi "Telegram" kanalında paylaşım edib:

"WhatsApp" fırıldaqçılar, işəgötürənlər və Ukrayna Silahlı Qüvvələri üçün ideal vasitədir. Hər şey oxunur və dinlənilir. Jurnalistlərin və hərbçilərin neçə marşrutu düşmən tərəfindən "WhatsApp" vasitəsilə müəyyənləşdirilib, nəticədə neçə nəfər həlak olub".

O bildirib ki, "WhatsApp" vasitəsilə rus vətəndaşlarından pul oğurlamaq üçün müxtəlif fırıldaqçılıq sxemləri qurulur.

Qeyd edək ki, bu iddia hələlik rəsmi şəkildə təsdiqlənməyib. Lakin daha əvvəl Rusiya Dövlət Duması "WhatsApp"ın Rusiya qanunvericiliyinə uyğun gəlmədiyini əsas gətirərək, bu platformanın ölkəni tərk etməli olduğuna dair bəyanat verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az