Prezident onun tarixə düşməsinə əngəl oldu

21:37 - 27 İyul 2025

Prezident onun tarixə düşməsinə əngəl oldu

WBC-nin prezidenti Maurisio Suleyman dünya boksunda rekord ola biləcək hadisənin qarşısını alıb.


Manset.az Publika.az-a istinadən xəbər verir ki, o, 12 yaşlı meksikalı boksçu Romina Kastanın peşəkar debüt döyüşünün ləğvinə nail olub Bu barədə funksioner şəxsi sosial şəbəkə hesabında məlumat verib:

“Sevinc hissi ilə bildirirəm ki, 12 yaşlı Romina Kasta sabah rinqə çıxmayacaq. WBC onun atasına məsləhət verməyə və Romina Kastanın həvəskar karyerasını dəstəkləməyə davam edəcək”.

Romina Kasta bu gecə peşəkar boksda debüt etməli idi. O, 8 yaşından boksla məşğuldur və indiyədək 50 qələbə qazanıb.

Onun rəqibi 21 yaşlı, peşəkar rinqdə 10 döyüşdə 10 qələbəsi olan və 2 dəfə rəqibini nokaut edən Quadalupe Medina olacaqdı.

Nəticədə Maurisio Suleyman “Tigre’s Boxing” agentliyi ilə əlaqə saxlayaraq azyaşlının peşəkar səviyyədə çıxışını ləğv etdirməyə nail olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az