ABŞ prezidenti Donald Tramp Şotlandiyada Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen ilə görüşüb.
Manset.az xəbər verir ki, qolf klubunda baş tutan görüş çərçivəsində tərəflər ticarət sazişi imzalayıblar.
Tramp mətbuat konfransında ABŞ-yə Avropa İttifaqından (Aİ) idxal olunan mallara tətbiq edilən rüsumun ən azı 15% olacağını bildirib.
Onun sözlərinə görə, Aİ ölkələrinin ABŞ-dən 150 milyard dollar dəyərində hərbi texnika və enerji resursları alacaq ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə qoyulacaq.
Avropa Komissiyasının sədri tərəflərin yaxşı razılaşma əldə etdiyini bildirib.