İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin onu hədəfə almasından danışıb.
Manset.az xəbər verir ki, İsrail onun yaşadığı evlə üzbəüz evə bomba yerləşdirərək öldürməyi planlaşdırıb.
“Bizim yaşadığımız ərazidə üzbəüz evə bomba qoyulub”, - Əraqçi qeyd edib.
O bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında (21-22 iyun) iştirak etdiyi Türkiyəyə səfəri zamanı İsrailin pilotsuz təyyarələrini görüb.
Nazir mobil telefonların söndürülməsi də daxil olmaqla təhlükəsizlik tədbirləri görülüb.