"Ukraynada atəşkəs əldə edə bilərdik" - Tramp

16:32 - 28 İyul 2025

\"Ukraynada atəşkəs əldə edə bilərdik\" - Tramp

ABŞ prezidenti Donald Tramp, Ukrayna müharibəsi ilə bağlı yeni açıqlamalar verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp, müharibənin başlanğıcından bəri bir neçə dəfə atəşkəs əldə edilə biləcəyini, lakin Rusiya prezidenti Vladimir Putinin Kiyev kimi şəhərlərə raket zərbələri endirməsi və mülki insanları öldürməsi səbəbindən buna imkan verilmədiyini bildirib.

"Ukraynada 4-5 dəfə atəşkəs əldə edə bilərdik. Lakin Putin Kiyev kimi şəhərlərə raket zərbələri endirdi və insanların ölümünə səbəb oldu. Bu, belə deyil", - deyə Tramp qeyd edib. O, həmçinin, "Putindən məyus oldum. Ona verdiyim 50 günlük müddəti azalda bilərəm", - deyə əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az