Rusiya Ukrayna ilə 20 keçid məntəqəsini bağlayır

08:00 - 29 İyul 2025

Rusiya Ukrayna ilə 20 keçid məntəqəsini bağlayır

Rusiya hökuməti avqustun 1-dən Ukrayna ilə müqavilə əsasında əvvəllər fəaliyyət göstərən 20 nəzarət-buraxılış məntəqəsini rəsmən bağlamaq qərarına gəlib.


Manset.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin qərar imzalayıb.

“Avqustun 1-dən Rusiya ilə Ukrayna arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında Rusiya hökuməti ilə Ukrayna hökuməti arasında 1995-ci il 8 fevral tarixli sazişə uyğun olaraq Rusiya Federasiyasının dövlət sərhədindən keçən buraxılış məntəqələri bağlansın” - sənəddə deyilir.

Siyahıya 7 dəmir yolu və 13 avtomobil məntəqəsi daxildir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az