7 oktyabr 2023-cü ildən İsrailin Qəzza Zolağına hücumları nəticəsində ölənlərin sayı 59 921-ə, yaralıların sayı isə 145 233-ə çatıb.
Manset.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi, son 24 saatda 100 mülki şəxsin öldüyünü və 382 nəfərin yaralandığını bildirib.
Nazirlik, atəşkəsin pozulmasından sonra 8755 fələstinlinin öldüyünü, 33 192-nin isə yaralandığını açıqlayıb. Yardım fəaliyyəti zamanı həyata keçirilən hücumlar nəticəsində 25 nəfər ölüb, 237-dən çox yaralı xəstəxanalara çatdırılıb. Yardım fəaliyyətlərində həyatını itirənlərin ümumi sayı 1157-ə yüksəlib.