3 yaşınadək hər uşağa 500 dollar ödəniləcək

13:42 - 29 İyul 2025

3 yaşınadək hər uşağa 500 dollar ödəniləcək

Çin hökuməti, doğum nisbətlərini artırmaq məqsədilə ilk ümummilli proqramını elan edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, proqram çərçivəsində, üç yaşınadək hər uşağa illik 3600 yuan (500 dollar) ödənəcək.

Bu, 20 milyona yaxın ailəyə uşaq böyütmə xərclərinə dəstək olacaq. Valideynlər hər uşaq üçün ümumilikdə 10800 yuan alacaq. Bu siyasət, 2022-2024-cü illərdə uşaq sahibi olmuş ailələrə də şamil olunacaq. Daha əvvəl, bəzi şəhərlərdə də oxşar dəstək proqramları tətbiq olunmuşdu.

YuWa Əhali Tədqiqat İnstitutunun məlumatına görə, Çin uşaq böyütmək üçün ən bahalı ölkələrdən biridir. 2024-cü ildə isə, Çində əhali azalacaq və 9,54 milyon körpə doğulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az