"Qəzza ən pis aclıq ssenarisi ilə üz-üzədir" - BMT

15:35 - 29 İyul 2025

\"Qəzza ən pis aclıq ssenarisi ilə üz-üzədir\" - BMT

BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Qida Təhlükəsizliyi və Qidalanma Təhlili Direktoru Jan-Martin Bauer, Qəzzada aclığın ən pis ssenarisinin yaşandığını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, O, BMT-nin Cenevrə ofisində keçirilən mətbuat konfransında İsrailin blokadası və hücumları altında vəziyyətin pisləşdiyini qeyd edib.

Bauerin sözlərinə görə, may ayında yayımlanan IPC hesabatında Qəzzada təxminən yarım milyon insanın fəlakət səviyyəsində aclıqla üzləşdiyi bildirilib. Son hesabatda isə ərzaq təhlükəsizliyi və qidalanma göstəricilərində daha da pisləşmə müşahidə edilib. "Qəzzada aclıq barajı artıq keçilib və bu, ilk dəfədir ki, belə bir vəziyyət yaşanır", – deyə o əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az