Liviyanın Tobruk şəhərinin sahillərində bir gəminin qəzaya uğraması nəticəsində 18 miqrant həyatını itirib, 50 nəfər isə itkin düşüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
“Liviya qaçqın və miqrantlar üçün əsas tranzit nöqtəsi olmaqda davam edir. Miqrantlar istismar, zorakılıq və təhlükəli macəralarla üzləşirlər”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 2011-ci ildə Qəddafinin devrilməsindən sonra Liviya Avropaya getmək istəyən miqrantlar üçün əsas tranzit bölgələrdən birinə çevrilib.