Yaponiyanın Hyoqo prefekturasının Tanba şəhərində hava temperaturu 41,2 dərəcəyə yüksəlib və bu, ölkə tarixində qeydə alınan ən yüksək temperatur olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, son beş il ərzində müşahidə olunan 41,1 dərəcəlik rekorddan da yuxarı çıxan temperatur, Yaponiyada istilik dalğasının güclənməsindən xəbər verir.
"Japan Times" qəzetinin verdiyi məlumata görə, yüksək temperatur Yaponiyanın bir çox şəhərlərinə təsir etməyə davam edir. Tanba şəhərində qeydə alınan bu yüksək istilik, 2018 və 2020-ci illərdə ölçülən rekord göstəriciləri də keçib.
Ölkə rəsmiləri bildiriblər ki, ötən həftə 5000-dən çox insan istiliklə bağlı xəstəxanalara müraciət edib. İsti hava şəraiti davam edəcəyi gözlənildiyi üçün səlahiyyətlilər vətəndaşları istilikdən qorunmaq və lazımi tədbirləri görmək barədə xəbərdar ediblər.