ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən Hindistana 25 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Hindistanı iqtisadi sanksiyalarla hədəfə alıb.
O, Hindistanın ABŞ ilə ticarət münasibətlərindəki problemlərdən danışıb: “Unutmayın ki, Hindistan bizim dostumuz olsa da, biz bu illər ərzində onlarla nisbətən az ticarət etmişik, çünki onların tarifləri dünyada ən yüksək səviyyədədir və qeyri-monetar ticarət maneələri digər ölkələrlə müqayisədə daha sərtdir”, - Tramp bildirib.
Prezident əlavə edib ki, Hindistan uzun müddətdir hərbi texnikalarının əksəriyyətini Rusiyadan alır və hazırda Çinlə birgə Rusiyanın ən böyük enerji alıcısına çevrilib.