ABŞ qəhvə şəbəkəsi olan Starbucks-ın qlobal satışları 2025-ci maliyyə ilinin üçüncü rübü olan aprel-iyun dövründə 2 faiz azalıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkət balans hesabatını açıqlayıb.
Açıqlanan məlumatlara görə, Starbucks-ın qlobal müqayisəli mağaza satışları 2 faiz azalıb. Şirkətin Şimali Amerika və ABŞ-dakı müqayisə edilən mağaza satışları da 2 faiz azalıb. Lakin, Starbucks-ın beynəlxalq müqayisə edilə bilən mağaza satışları sabit qalıb, xüsusilə Çində satışlar 2 faiz artıb.
İyunun 29-da başa çatan üç aylıq dövrdə şirkətin ümumi gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 9,5 milyard dollara çatıb. Lakin, şirkətin mənfəəti 47,1 faiz azalarak 558,3 milyon dollara düşüb. Starbucks-ın səhm başına qazancı da ötən ilin eyni dövrü ilə müqayisədə 47,3 faiz azalıb və 49 sentə enib.