Dünyanın "ən yaşlı körpəsi" 31 yaşında doğuldu

14:41 - 31 İyul 2025

Dünyanın \"ən yaşlı körpəsi\" 31 yaşında doğuldu

Ohayoda Thaddeus Daniel Pierce adlı oğlan uşağı, 1994-cü ildə dondurulmuş embriondan dünyaya gələrək rekord qırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Lindsey və Tim Pirsin körpəsi, 26 iyulda doğulub. Embrion, 1990-cı illərdə Linda Archerd və o vaxtkı həyat yoldaşı üçün IVF müalicəsi ilə yaradılıb, ancaq sonradan 62 yaşlı Archerdin nəzarətində olan embrionlar ianə proqramına daxil edilib.

IVF texnologiyasının ilk uğurlu doğuşu 1978-ci ildə İngiltərədə baş verib. Thaddeusun hekayəsi isə texnologiya və insan ümidinin birləşdiyi yeni bir möcüzə olaraq diqqət çəkib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az